Peşəkar inkişaf
Konfranslar və sertifikatlar
Oftalmologiyadakı yenilikləri izləmək üçün həkim elmi-praktik konfranslarda iştirak edir. Aşağıda 2025-ci ilə aid tədbirlər, sertifikatlar və beynəlxalq praktika təqdim olunur.
2025
Elmi-praktik tədbirlər
DTT — davamlı tibbi təhsil. Akkreditə olunmuş tədbirlərdə iştirakçılara DTT kredit saatları verilir.
-
15 fevral 2025
«Modern Ophthalmology and Innovations»
Müasir oftalmologiya və innovasiyalara həsr olunmuş konfrans. Radisson Hotel. Təqdim edənlər: Imago Medical Systems və NIDEK.
-
16 aprel 2025
«Nadir xəstəliklər: şəxsi təcrübəmiz»
Beynəlxalq elmi-praktik konfrans.
-
28 aprel 2025
Akademik Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans
Bakı. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş beynəlxalq tədbir.
-
17 may 2025
Azərbaycan Retinoloqlarının IX Konfransı
Lənkəran. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasında akkreditasiyadan keçib, iştirakçılara DTT kredit saatları verilib.
Beynəlxalq praktika
Ege Universiteti xəstəxanası, İzmir
2025-ci ildə Saraxanım Kərimova Türkiyənin İzmir şəhərindəki Ege Universiteti xəstəxanasının Göz xəstəlikləri bölməsində (Göz Hastalıkları Anabilim Dalı) praktika keçib.
Praktika barədə məlumatı təcrübə proqramını təşkil edən «Türkiyədə Tibbi Praktika» (Medical Agent) 30 iyun 2025-ci ildə paylaşıb.
Mətbuatda həkimSənədlər
Sertifikatlar
Böyütmək üçün sertifikatın üzərinə toxunun.
Qəbul
Qəbul vaxtını dəqiqləşdirin
Nizami Tibb Mərkəzi · Bakı, Yavər Səfərov küçəsi 10. Mərkəzə zəng edə və ya həkimə Instagram-da yaza bilərsiniz.



